MY "Lester"in futbolçusunu istəyir

11:08 14 İyul 2018

“Mançester Yunayted” “Lester”in futbolçusunu heyətinə qatmaq istəyir.

 

Sportarena.az xəbər verir ki, MY İngiltərə millisinin də üzvü olan Harri Makquayrı transfer etməkdə maraqlıdır. “Qırmızı şeytanlar” bunun üçün onun klubu “Lester”ə 50 milyon funt-sterlinq ödəməyə hazırdır. Bu barədə İngiltərə mətbuatı xəbər verib.

 

Amma “Lester” 25 yaşlı müdafiəçiyə yüksək məbləğdə məvacib təklif edərək, onunla müqavilə müddətini artırmaq istəyir.


Digər xəbərlər

Xəbər xətti