“Qəbələ”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Proqres”lə (Lüksemburq) keçirəcəyi görüşün hakimləri açıqlanıb.
Sportarena.az xəbər verir ki, UEFA “Qəbələ”nin “Proqres”lə Lüksemburqdakı oyununu Şimali İrlandiyadan olan hakimlərə tapşırıb. İyulun 19-da olacaq matçı Keyt Kennedi idarə edəcək. Stefen Donaldson və Kristian Fransis Hanna isə köməkçi hakimlər olacaq. Ehtiyat hakim funksiyasını Evan Boys yerinə yetirəcək.
Matçın hakim-inspektoru serbiyalı Milan Karaciç, UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamov olacaq.
Qeyd edək ki, “Qəbələ” ilk oyunda rəqibinə 0:2 hesabı ilə uduzub.