Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı bu gün başa çatıb.
Sportarena.az xəbər verir ki, DÇ-2018-in həlledici oyununda Fransa və Xorvatiya yığmaları üz-üzə gəlib. Fransa 4:2 hesabı ilə qalib gələrək Dünya çempionatının qalibi olub.
Bu, Fransa yığmasının tarixində beşinci DÇ finalı idi. İki dəfə həlledici oyunlardan məğlub ayrılmış fransızlar yalnız bu ölkədə keçirilən DÇ-1998-də dünya çempionu adını qazanıblar.
Xorvatiya isə tarixində ilk dəfə final oynayıb.
DÇ-2018, final
15 iyul
19:00 Fransa - Xorvatiya 1:0
Qol: Mario Mandzukiç, 18-avtoqol. Antuan Qrizmann, 38-pen. Pol Poqba, 59. Kilian Mbappe, 65 - İvan Perişiç, 28. Mario Mandzukiç, 69.
Baş hakim: Nestor Pitana (Argentina).
Moskva. “Lujniki” stadionu.