Futbol üzrə Belçika yığmasının kapitanı Eden Hazard İngiltərənin “Çelsi” klubundan ayrılacağını təsdiqləyib.
Sportarena.az xəbər verir ki, o, bu barədə DÇ-2018-in bürünc medalları uğrunda İngiltərəyə qalib gəldikləri (2:0) oyundan sonra jurnalistlərə açıqlamasında məlumat verib.
“Çelsi”də keçən möhtəşəm altı ildən sonra bəlkə də yeni macəraya başlamağın zamanı çatıb. Ayrıla bilərəm, amma yenə də son qərar klubumundu. Onlar da getməyimi istəyə bilərlər. Yekun qərarın necə olacağını bilmirəm. Getmək istədiyim klub? Məncə, bunu artıq hər kəs bilir”.
Qeyd edək ki, Hazard vaxtilə “Real”da oynamaq istədiyini açıqlamışdı. Onun son açıqlaması da “Çelsi”ni Madrid klubuna dəyişmək fikrində qəti olduğunu təsdiqləyir.