22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar iyulun 20-də AFFA-nın təşkilatçılığı ilə idman mediasının nümayəndələri üçün tədbir təşkil olunacaq.
Sportarena.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda KİV nümayəndələrinin və AFFA əməkdaşlarının iştirakı ilə mini-turnir keçiriləcək. 4 komandanın mübarizə aparacağı turnir yarımfinal qarşılaşmalarından və final oyunundan ibarət olacaq.
İştirakçıların sayının müəyyənləşdirilməsi üçün futbol oynamaq istəyən KİV nümayəndələrinin 18 iyul saat 18:00-a qədər [email protected] ünvanında qeydiyyatdan keçməsi (ad-soyad, təmsil etdiyi KİV) və oyun günü özü ilə idman geyimi gətirməsi xahiş olunur.
Tədbirin proqramı barədə əlavə məlumat veriləcək.