Fransa millisinin sabiq üzvü Tyerri Anri baş məşqçi olmaq istəyir.
Sportarena.az xəbər verir ki, sabiq ulduz futbolçu bu məqsədlə "Sky Sports" telekanalındakı şərhçi işindən ayrılıb.
DÇ-2018 zamanı Roberto Matinezin köməkçisi vəzifəsini uğurla icra edən Anrinin 3 klubun maraq dairəsində olduğu məlum olub. Klubların adları açıqlanmasa da, onlardan biri İngiltərə təmsilçisdi.