Qurban Qurbanov: "Bu barədə indidən düşünməməliyik"

19:14 17 İyul 2018

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Sloveniyanın “Olimpiya” klubu ilə oyunönnncəsi mətbuat konfransında jurnalistlərin suyallarını cavablandırdı.

 

Sportarena.az xəbər verir ki, Təcrübəli mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi...

 

- Baxmayaraq ki, ilk oyunda qalib gəlmişik, çox ciddi rəqibə qarşı oynayırıq. Daha çox fikirləşmək lazım olacaq. Həddən artıq çətin, maraqlı və gərgin oyun olacaq.

 

- İlk oyunla müqayisədə heyətdə hansısa dəyişiklik gözlənilirmi?

- Ola bilər. Amma ciddi dəyişiklik görünməyəcək.

 

- Halldorssonun meydana çıxmaq ehtimalı nə qədərdi?

- Əsas heyətdə olmaq ehtimalı azdı. Ancaq ilk “18-lik”də olacağı gözlənilir. Hələ tam hazır deyil.

 

- Komandada hücumçu problemi görünür. Bu gün Balaş Cucakın 1 illik müqavilə imzalandığı ilə bağlı xəbərlər yayılıb.

- Son illərin ən çox verilən sualıdı. Ən çox axtarışda olduğumuz mövqe də budu. O futbolçu ilə bağlı məlumatım yoxdu. Ola bilər ki, siyahımızda olub, amma belə bir şey yoxdu. Mən istəyərəm ki, hücumçu olsun. Axtarışlar gedir. Çalışacağıq ki, azı bir hücumçu alaq.

 

- Sabahkı oyun “Qarabağ”ın avrokuboklarda 80-ci matçıdı. Buna qədər ən yadda qalan oyunlar hansılar olub?

- Açığı, bu barədə düşünmürəm. Hər bir komanda çalışır ki, yaxşı nəticə əldə etsin. Bu da işimizi çətinləşdirir. Bütün fikrimizi oyuna yönəltmişik. Rəqibimiz ciddidi. Qalib gəlsək də, bu, bizə asan başa gəlməmişdi. Hər an sürpriz edə bilər. Düşünürəm ki, bu ilk oyun kimidi. Hər qələbəmiz yaddaqalan olub. Bəlkə, hamının fikrində “Kopenhagen”lə oyun var. Azərbaycanda futbola sevgi bəlkə də “Rusenborq”la oyunla başladı. Həmin matçda meydanda səhv etmirəmsə, 10 yerli futbolçu var idi. Özü də Ağdamın işğalı gününə təsadüf etmişdi. Ola bilər ki, bu, uğurların başlanğıcı idi. Həmin oyun futbolçulara, rəhbərliyə inam verdi.

 

- Ötən mövsüm dayaq yarımmüdafiəçisi ilə bağlı problem yox idi. İndi isə sanki yalnız Coşqun Diniyev qalıb. Bu, sizi narahat eləmir?

- Bu barədə indidən düşünməməliyik. Sadəcə yaxşı tərəfdən fikirləşirəm. Futbolçu az olanda qərar vermək daha asan olur. Əgər ona da nəsə olsa, bir variant tapacağıq.

 

- Məlumata görə, Almeydanın “Astana”ya gedişi variantı qışda da olub. Bu barədə məlumatlı idiz?

- Hər hansı danışıq Almeydanın oyununa təsir etməyəcəkdi. Çempionatın sonruna bir neçə tut qalmış ona təkliflər olduğunu bilirdim. “Astana” variantı onunçün daha sərfəli oldu. Həm də komandasını dəyişmək istəyirdi. Həmin zaman bu barədə düşünməmişəm. Hansı matça hazır idisə, meydana çıxırdı.

 

- Qriqorçuk “Astana”ya Almeydadan əlavə digər sabiq “Qarabağ”lı Pedro Enrikeni də apardı. Bu, sizi qıcıqlandırır, ya sevindirir?,

- Futbolda yerdəyişmələr normal haldı. Hamı “Barselona”da oynamaq istəyər, amma Neymar ordan getdi. Bu barədə düşünməyə elə ehtiyac yoxdu. Ancaq sevindiricidi ki, bizdə olan futbolçulara dəyər verirlər. Qıcıqlanmağa bir səbəb görmürəm. Biz də başqa klublardan futbolçu götürürük.

 

- Potensial rəqibləriniz bu gün qarşılaşır. “Valetta” – “Kukesi” oyununu izləyəcəksiz?

- İstəməzdim ki, bu sual mənə verilsin. Hər oyundan əvvəl məndə narahatlıq olur. Öz oyunumuzu düşünürük. Yalnız sabahkı matç barədə fikirləşirəm. Həddən artıq ciddi və diqqətli olmalıyıq. Futbolçularımın da əlavə şeylər barədə düşünməsini istəmirəm. Rəqibin iddialı açıqlamaları da sübutdu ki, onlar böyük istəklə Bakıya qəliblər. Onlıar burda daha yaxşı oyun göstərmək iddiasındadılar. Ona görə də bütün fikrim “Olimpiya” ilə matçdadı.


Digər xəbərlər

Xəbər xətti