Bu gün futbol üzrə Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.
Sportarnea.az xəbər verir ki, son oyun günündə 6 qarşılaşma baş tutub. Azərbaycan çempionu “Qarabağ” da Sloveniyanın “Olimpiya” klubu ilə cavab görüşünə çıxıb və mərhələ adlayan tərəf olub. Ağdam təmsilçisi ilə yanaşı, "Şerif", "Spartak" (Trnava), "Rusenborq", "Astana" və "Seltik" klubları da növbəti mərhələyə vəsiqə qazanan kollektivlərə qoşulublar.
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunları
18 iyul
Şerif (Moldova) - Torpedo (Kutaisi, Gürcüstan) 3:0 (1:2)
Qarabağ (Azərbaycan) - Olimpiya (Sloveniya) 0:0 (1:0)
Zrinski (Bosniya və Herseqovina) - Spartak (Trnava, Slovakiya) 1:1 (0:1)
Rusenborq (Norveç) - Valyur (İslandiya) 3:1 (0:1)
Sutyeska (Çernoqoriya) - Astana (Qazaxıstan) 0:2 (0:1)
Seltik (Şotlandiya) - Alaşkert (Ermənistan) 3:0 (3:0)