İyulun 12-də Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Macarıstanın "Uypeşt” klubuna 3:1 hesabı ilə qalib gələn "Neftçi” cavab matçının hazırlığını başa vurub.
Sportarena.az xəbər verir ki, paytaxt klubu dünən təlim-məşq bazasında axşam məşqinə çıxıb. Hazırlıq prosesində zədəli Namiq Ələsgərovdan başqa bütün futbolçular iştirak ediblər. “Neftçi” bu gün səhər məşqindən sonra Macarıstana yola düşüb.
Qeyd edək ki, "Uypeşt” – "Neftçi” oyunu iyulun 19-da Budapeştdəki "Ferens Susa” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.