"Trabzonspor" Ramil Şeydayevlə bağlı qərar verdi

12:46 18 İyul 2018

Türkiyənin “Trabzonspor” klubunda forma geyinən millimizin hücumçusu Ramil Şeydayevin gələcəyi ilə bağlı qərar verilib.

 

Sportarena.az xəbər verir ki, Trabzon təmsilçisinin baş məşqçisi Ünal Karaman rəhbərlikdən Ramilin yenidən icarəyə verilməsini istəyib. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Şeydayevin komandanın Slovakiya toplanışına qatılmayacağı da bildirilir.

 

Ramil “Trabzonspor”un Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində Xorvatiyanın “Lokomotiva” klubuna qarşı keçirdiyi oyunda “bordo-mavilər”in qələbə topunu vurmuşdu.

 

22 yaşlı futbolçu son mövsümü icarə əsasında “Qarabağ”da keçirmişdi.


Digər xəbərlər

Xəbər xətti