"Sabah" serbiyalı futbolçu ilə gücləndi

13:08 18 İyul 2018

“Sabah” növbəti transferini həyata keçirib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqamızın debütantı serbiyalı müdafiəçi Filip İvanoviçi "rənglərinə bağlayıb". Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, tərəflər 3 illik müqaviləyə imza atıblar. İvanoviç yeni komandasında 13 nömrəli formada çıxış edəcək.

 

26 yaşlı futbolçu karyerası ərzində Serbiyanın “Hayduk”, “Zvezdara”, “Lokomotiva”, “Bezaniya”, “Petrovaç”, “İndjiya” klublarında top qovub. Onun son çıxış etdiyi komanda “Radnik” (Serbiya) olub.


Digər xəbərlər

Xəbər xətti