"İlk oyunda pis oynamamışdıq. Həmin görüşdə qalib gələ bilərdik".
Sportal.az xəbər verir ki, bu sözləri Sloveniyanın "Olimpiya" klubunun prezidenti Milan Mandariç deyib. 72 yaşlı klub rəhbəri komandanın ÇL-in I təsnifat mərhələsinin "Qarabağ"a qarşı keçirəyi oyundan öncə danışıb. O, komandanın "Qarabağ"ı keçə bilməyəcəyi halda, Avropa Liqasında uğurlu çıxış edəcəyinə inandığını deyib:
"Bakıda geri dönüş üçün inamım var. Bunu bacara bilərik. Ancaq mərhələ adlaya bilməsək, dünyanın sonu deyil. Avropa Liqasında irəli getmək şansımız olacaq".
Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" oyunu bu gün 21:00-da başlayacaq. İlk görüşdə Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.