Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Kukesi” (Albaniya) ilə keçirəcəyi oyunların vaxtı məlum olub.
Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu cüt arasında ilk oyun Albaniyada keçiriləcək. Görüş iyulun 25-də, Şkoder şəhərindəki “Loro Boriçi” stadionunda olacaq.
“Köhlən atlar” “Kukesi” ilə cavab matçına avqustun 1-də, Tofiq Bəhramov adına Respublika stadionunda çıxacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə 21:00-da başlayacaq.
"Qarabağ" ÇL-in 1-ci təsnifat mərhələsində "Olimpiya"nı (Sloveniya) mübarizədən kənarlaşdırıb.