"Beşiktaş" ulduz futbolçunu hədəfə aldı

14:48 19 İyul 2018

Türkiyənin “Beşiktaş” klubu heyətini dünya səviyyəli futbolçu ilə gücləndirməyi planlaşdırıb.

 

Sportarena.az xəbər verir ki, “qara qartallar” son olaraq “Mançester Siti”də forma geyinən və hazırda azad agent olan Yaya Tureni heyətinə qatmaq istəyir. Fil Dişi Sahilindən olan yarımmüdafiəçinin özünün də karyerasını Türkiyədə davam etdirməyə isti yanaşdığı bildirilir.

 

Karyerası ərzində “Barselona”, “Monako” kimi klublarda oynamış Ture, “Mançester Siti”nin heyətində 8 mövsüm keçirib, 316 oyuna 83 qol vurub.


Digər xəbərlər

Xəbər xətti