"Sumqayıt" darmadağına sevindi

15:39 19 İyul 2018

Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən “Sumqayıt”ın əvəzedici heyəti ilk yoxlama görüşündə qüvvəsini sınayıb.

 

Sportarena.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Region Liqası təmsilçisi “Tufan”ı qəbul edən Elbrus Məmmədovun yetirmələri rəqibini 5 cavabsız qolla məğlub edib.

 

“Sumqayıt”ın əvəzediciləri növbəti yoxlama oyununu iyulun 21-də “Səbail”ə qarşı keçirəcək.

 

Sumqayıt - Tufan 5:0 (əvəzedicilər)
Qollar: Nazim Bağırov (2), Ruslan Süleymanov, Kənan Allahverdiyev, İbrahim Novruzov.


Digər xəbərlər

Xəbər xətti