“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli ölkəsinin mətbuatına müsahibə verib.
Sportarena.az xəbər verir ki, Aqolli müsahibəsində gələcək karyerasından danışıb. O, həmçinin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Albaniya “Kukesi”si ilə qarşılaşmalara da toxunub:
“Mənim üçün çox qeyri-adi hisslərdir. 10 ildən sonra Albaniyaya klub səviyyəli matçda meydana çıxmaq üçün qayıdacam. Bu, karyeramda Albaniya komandasına qarşı ilk oyunum olacaq. Məndən “Kukesi” barədə çox soruşublar. Bu komanda uzun illər bizim potensial rəqibimiz olub”.
Aqolli gələcəyini “Qarabağ”da gördüyünü də bildirib:
“Artıq 9 ildir ki, Azərbaycandayam. Mənə seçim etmək çətin deyil. Sənə inanan məşqçi, klub, azarkeşlərin sevgisi varsa, yeganə seçim orda qalmaqdır. Mən gələcəyimi “Qarabağ”da görürəm. Amma hansı vəzifədə olacağını bilmirəm”.