"Qarabağ" Cənubi Afrika Respublikasının (CAR) “Maritsburq Yunayted” klubunun hücumçusu Lebohanq Maboeni transfer etməkdən imtina edib.
Sportarena.az xəbər verir ki, bu barədə "Soccer Laduma” məlumat yayıb. CAR təmsilçisi 23 yaşlı hücumçuya 500 min avro qiymət qoyduğu üçün Ağdam klubu bu qərarı verib. "Qarabağ"la yanaşı, "Ostende" də (Belçika) bu məbləği çox yüksək hesab etdiyi üçün oyunçunun adını transfer siyahısından çıxarıb.
Xəbərdə o da qeyd olunub ki, "Qarabağ" Çempionlar Liqasında çıxış etmiş braziliyalı hücumçu almağa hazırlaşır.