PSJ-nin futbolçusu Neymar gələcəyi ilə bağlı yekun qərarını verib.
Sportarena.az xəbər verir ki, o, Paris klubundan ayrılmayacağını deyib:
"PSJ-də qalacam. Bu klubla müqaviləm var. Burada ən yüksək hədəflərə çatmaq istəyirəm. Ümid edirəm ki, bu, bizdə alınacaq".
Qeyd edək ki, Neymar ötən mövsüm PSJ-də 30 matçda 29 qol vurub.