“Qarabağ”ın “Olimpiya” ilə cavab matçında zədələnən futbolçusu Dani Kintananın durumuna aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, ispan yarımmüdafiəçi tibbi müayinədən keçib. Əzələsində dartınma olan futbolçunun bir həftə sonra fərdi məşqlərə başlayacağı ehtimal olunur.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Sloveniya “Olimpiya”sını iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırıb. "Köhlən atlar" ÇL-in 2-ci təsnifat mərhələsində "Kukesi" ilə (Albaniya) qarşılaşacaq.