Olimpiya Oyunlarına 6 yeni idman növü daxil edildi

17:30 20 İyul 2018

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edib.

 

Sportarena.az xəbər verir ki, yeni idman növləri bunlardır: xizək akrobatikası və tramplindən tullanma üzrə qarışıq komanda yarışları, kişilər və qadınlar arasında fristaylın "biq eyr” növü, şort-trekdə qarışıq estafet, qarışıq snoubord–kross və qadınlar arasında bobsley yarışları.

 

Qadınlar arasında xizək ikinövçülüyü yarışları, sinxron fiqurlu konkisürmə və kirşə idmanının altı növü yarışların siyahısından çıxarılıb. BOK-un qərarı ilə Pekin Olimpiadasında ümumən 2892 idmançı yarışacaq. Onların 45,44 faizini qadınlar təşkil edəcək.


Digər xəbərlər

Xəbər xətti