"Tottenhem"də yeni müqavilə qeydə alınıb.
Sportarena.az xəbər verir ki, London təmsilçisi yarımmüdafiəçi Hyunq-Min Sonla yeni müqavilə imzalayıb. Klubun rəsmi saytının yaydığı məlumata görə cənubi koreyalı futbolçu ilə sözləşmənin müddəti 2023-cü ilədək nəzərdə tutulub.
İngiltərə Premyer Liqasında ən çox qol vuran asiyalı futbolçu olan 26 yaşlı yarımmüdafiəçi "Tottenhem"in heyətində meydana çıxdığı 140 qarşılaşmada 47 dəfə rəqib qapıçıları məyus edib.