"Liverpul"a bədxəbər - 1 il oynamayacaq

18:34 20 İyul 2018

“Liverpul”un ulduz futbolçusu Aleks Oksleyd – Çemberlen bir il müddətinə yaşıl meydanlardan uzaq qalacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin baş məşqçisi Yurgen Klopp açıqlama verib. Təcrübəli mütəxəssisin sözlərinə görə, 24 yaşlı yarımmüdafiəçi növbəti mövsümdə forma geyinə bilməyəcək. Buna səbəb isə Çempionlar Liqası çərçivəsində ötən mövsüm “Roma” ilə keçirilən oyunda futbolçunun aldığı zədədi.Sözügedən qarşılaşmada bağları qopan ingilis futbolçunun əməliyyatdan sonra 1 il müalicə alacağı dəqiqləşib.

 

Qeyd edək ki, 2017-ci ildə 38 milyon avro qarşılığında “Arsenal”dan transfer olunan Aleks Oksleyd-Çemberlen meydana çıxdığı 48 qarşılaşmada 5 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti