Türkiyənin “Trabzonspor” klubu növbəti mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Super Liqa təmsilçisi Rusiyanın “Spartak” (Moskva) klubu ilə qarşılaşıb. Oyun futbolçumuzun komandasının 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Ramil də bu görüşün iştirakçısı olub. O, 73-cü dəqiqədə meydana buraxılıb.
Xatırladaq ki, Şeydayev komandasının bundan əvvəlki yoxlama görüşündə Xorvatiyanın “Lokomotiva” (Zaqreb) klubuna qol vurmuşdu.