Türkiyənin “Beşiktaş” klubu Daniel Starricin transferində “Liverpul”la razılığa gəlmək üzrədir.
Sportarena.az xəbər verir ki, Starrici “Beşiktaş”a satmağa razılaşan Mersisayd təmsilçisi əvəzində xorvatiyalı müdafiəçi Domaqoy Vidanı istəyib. “Beşiktaş” tərəfi isə bu təkliflə razılaşmayaraq, Vidanı pul və Starric qarşılığında verə biləcəklərini bildirib.
İngiltərənin başqa klublarının da istədiyi xorvat futbolçuya görə edilən təkliflərin 20 milyon avroya qədər qalxdığı bildirilir.