Arsen Venger “Arsenal”dan ayrıldıqdan sonra hələ də işsizdir. Fransalı mütəxəssis karyerasını bitirmək fikrində olmadığını bildirmişdi.
Sportarena.az xəbər verir ki, 0, xeyli təklif alsa da, hələ ki, seçim etməyə tələsmir. Vengerə daha bir təklif Yaponiyadan var. Yaponiya Futbol Federasiyası onu yığmanın “sükanı arxasında” görmək istəyir. Məlumata görə, federasiya yaxın günlərdə fransıza rəsmi təklif göndərəcək. Vengerin xidmətində bir neçə Çin klubunun da maraqlı olduğu bildirilir.
Onu da qeyd edək ki, Venger 90-cı illərin ortalarında Yaponiyanın “Naqoya Qrampus” klubunda çalışıb.