"Milan"a yeni prezident təyin edildi

14:30 21 İyul 2018

İtaliyanın “Milan” klubunun yeni prezidenti müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, klubun səhmdarlarının iclasında rəhbər heyətində dəyişikliklər edilib. “Milan”ın prezidenti Li Yun Hun və klubun baş direktoru Marko Fassone vəzifəsindən azad edilib. Klubun yeni prezidenti italyan iş adamı Paolo Skaroni təyin olunub.

 

“Milan” maliyyə feyr-pleyi qaydalarını pozduğuna görə avrokuboklardan iki illik uzaqlaşdırılmışdı. Beynəlxalq İdman Arbitraj Məhkəməsi isə bu cəzanı ləğv edib.


Digər xəbərlər

Xəbər xətti