Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Moskva şəhərində təşkil olunmuş Avropa Liqası (Euro Beach Soccer League) turnirində ikinci oyununu keçirib.
Sportarena.az xəbər verir ki, İsveçrə yığması ilə qarşılaşan millimiz 2:6 hesabı ilə məğlub olub. Komandamızın qollarını Amid Nəzərov və Orxan Məmmədov vurub. Millimiz turnirdə son oyununu sabah Polşa yığmasına qarşı keçirəcək.
Xatırladaq ki, komandamız ilk turda Rusiyaya da 3:8 hesabıyla uduzmuşdu.