"Qarabağ" "Bursaspor"un hücumçusunu transfer edir

10:54 22 İyul 2018

Azərbaycan çempionu “Qarabağ” hücumçu problemini həll edib.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ” hücumçu mövqeyinə çoxdan axtardığı futbolçunu Türkiyədə tapıb. “Köhlən atlar” “Bursaspor”dan Con Delarjı transfer ediblər. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. İddialara görə, “Qarabağ” onun üçün Türkiyə təmsilçisinə 200 min avro ödəyib.

 

Konqolu hücumçu “Bursaspor”a 2017-ci ilin avqustunda “Admira Vakker”dən 1,25 milyon avroya transfer edilib. Ancaq Con “Bursaspor”da ümidləri doğrultmayıb.

 

O, bu komandada cəmisi 15 oyun keçirib və 4 qol vurub.


Digər xəbərlər

Xəbər xətti