"Sumqayıt" Superliqa klubuna darmadağın oldu - YENİLƏNİB

22:39 22 İyul 2018

2018/19 futbol mövsümünə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda bu gün növbəti yoxlama matçına çıxıb.

 

Sportarena.az xəbər verir ki, Nazim Süleymanovun rəhbərlik etdiyi komanda Türkiyə Super Liqası təmsilçisi "Alanyaspor"la üz-üzə gəlib. Topuk Yaylası idman kompleksinin stadionunda keçirilən qarşılaşma Azərbaycan klubunun biabırçı məğlubiyyəti ilə başa çatıb. Belə ki, Super Liqa klubu sumqayıtlıları 7 cavabsız qolla məğlub edib.

 

Xatırladaq ki, “Sumqayıt” Türkiyədəki ilk yoxlama oyununda Qətərin “Əl-Şəhaniyə” klubu ilə 1:1 hesablı heç-heçəyə imza atmışdı.


Digər xəbərlər

Xəbər xətti