AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev Avropa Liqasının oyununa təyinat alıb.
Sportarena.az xəbər verir ki, Hacıyev Avroliqanın 2-ci mərhələsinin ilk oyunları çərçivəsində Saliqorsk şəhərində Belarusun “Şaxtyor” və Polşanın “Lex” komandaları arasında keçiriləcək görüşün UEFA nümayəndəsi olacaq. Oyun iyulun 26-da keçiriləcək.