Delarqenin “Qarabağ”a keçidinin təfərrüatları açıqlandı

17:15 22 İyul 2018

“Qarabağ”ın “Bursaspor”un futbolçusu Con Delarqenin keçidini həll etdiyini xəbər vermişdik.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun konqolu hücumçu ilə neçə illik müqavilə bağlayacağı da məlum olub. 28 yaşlı forvardın "Qarabağ"la 3 illik müqavilə bağlayacağı gözlənilir. Onun adı Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Kukesi” ilə oyunların iştirak ərizəsinə əlavə olunacaq.

 

"Dunayska Streda", "Slovan” (Liberets), “Admira Vakker” və "Osmanlıspor" kimi klublarda çıxış edən Delarqe, millidə meydana çıxdığı 11 oyunda 1 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti