“Çelsi” “Barselona”nın təklifini rədd etdi

17:32 22 İyul 2018

“Barselona” “Çelsi”nin futbolçusu Villianı transfer etməkdə israrlıdır.

 

Sportarena.az xəbər verir ki, “Barselona” bu məqsədlə “Çelsi”yə müraciət edib. Bu, “Barsa”nın 3-cü belə cəhdi olub. Bu dəfə İspaniya nəhəngi futbolçu üçün təklif etdiyi məbləği 2 milyon avro da qaldıraraq, 61 milyon avroya yüksəldib. Ancaq “təqaüdçülər” bu təklifdən də imtina ediblər.

 

Məlumata görə, Villianın komandada qalmasını yeni baş məşqçi Mauritsio Sarri israrla tələb edir. Ona görə, də klub rəhbərliyi onu satmaq istəmir.


Digər xəbərlər

Xəbər xətti