Xorvatiya millisinin üzvü "Real"dan ayrılır

18:42 22 İyul 2018

"Real"”ın yarımmüdafiəçisi Mateo Kovaçiç “kral klubu"nda qalmaq istəmir.


Sportarena.az xəbər verir ki, xorvatiyalı futbolçu artıq bu istiyini Xulen Lopeteqiyə çatdırıb. İki gün öncə baş məşqçiylə klubun bazasında görüşən 24 yaşlı oyunçu ona komandasını dəyişmək istədiyini bildirib. Kovaçiç Lopeteqidən onu transferə çıxarmasını xahiş edib. Baş məşqçi futbolçunu fikrindən daşındırmağa çalışsa da, alınmayıb.

 

Qeyd edək ki, Kovaçiç “Real”a 2015-ci ildə “İnter”dən transfer olunub.


Digər xəbərlər

Xəbər xətti