Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı paytaxt təmsilçisi Türkiyənin “İstanbulspor” klubu ilə qarşılaşıb. Qarşılaşma “Səbail”in məğlubiyyəti ilə başa çatıb – 0:1.
Xatırladaq ki, Premyer Liqa təmsilçisi Türkiyədəki hazırlıq prosesi çərçivəsindəki əvvəlki yoxlama oyunlarında Qətərin “Ə-Şəhaniyə” klubu ilə heç-heçə edib (2:2), Türkiyənin “Sivasspor” (1:2) və “Gənclərbirliyi” (0:3) klublarına məğlub olmuşdu.