Türkiyə millisinin keçmiş üzvü, hazırda "Tivispor" kanalında şərhçi kimi çalışan Nihat Qəhvəci model Fulya Sevərlə ailə qurub.
Sportarena.az xəbər verir ki, sabiq futbolçu 6 aydır birlikdə olduğu sevgilisi ilə Romada evlənib. Mərasimdə cütlüyün ailə üzvləri ilə yaxın dostları iştirak ediblər.
Qeyd edık ki, Sevər 2010-cu ildə Türkiyə gözəli seçilib. Modelliklə məşğul olan Fulya müxtəlif kanallarda idman proqramlarının da aparıcısı olub.