"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi - YENİLƏNİB

14:16 23 İyul 2018

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkatması keçirilir.

 

Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində olacaq püşkatmada “Qarabağ” - “Kukesi” (Albaniya) cütünün qalibinin rəqibi də bilinib. Bu cüt səpələnmişlər səbətində yer alacaq. "Qarabağ" "Kukesi"ni keçsə, BATE (Belarus) - HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

 

ÇL-də 3-cü təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab görüşləri 14 avqustda keçiriləcək.

 

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi

Çempionlar yolu

Malmö (İsveç) - ÇFR (Rumıniya) cütünün qalibi - Lüdoqorets (Bolqarıstan) - Videoton (Macarıstan) cütünün qalibi
Seltik (Şotlandiya) - Rusenborq (Norveç) cütünün qalibi - AEK (Yunanıstan)
Zalsburq (Avstriya) - Şerif (Moldova) - Şkendiya (Makedoniya) cütünün qalibi
Srvena Zvezda (Serbiya) - Suduva (Litva) cütünün qalibi - Legiya (Polşa) - Spartak (Slovakiya) cütünün qalibi
Qarabağ (Azərbaycan) - Kukesi (Albaniya) cütünün qalibi - BATE (Belarus) - HİK (Finlandiya) cütünün qalibi
Astana (Qazaxıstan) - Midtulland (Danimarka) cütünün qalibi - Dinamo (Xorvatiya) - Hapoel (Beer-Şeva, İsrail) cütünün qalibi

 

Liqa yolu

Standard (Belçika) - Ayaks (Hollandiya) - Şturm (Avstriya) cütünün qalibi
Benfika (Portuqaliya) - Fənərbaxça (Türkiyə)
Slaviya (Çexiya) - Dinamo (Kiyev, Ukrayna)
PAOK (Yunanıstan) - Bazel (İsveçrə) cütünün qalibi - Spartak (Moskva, Rusiya)


Digər xəbərlər

Xəbər xətti