Ramil Şeydayev 5 qol vurdu, baş məşqçinin "gözünə girdi"

13:21 23 İyul 2018

Millimizin hücumçusu Ramil Şeydayevin “Trabzonspor”da gələcəyi sual altındadır. "Mattersburq"a keçidi alınmayan hücumçu komandasına geri dönmüşdü

 

Sportarena.az xəbər verir ki, bir müddət öncə onun komandadan ayrılacağı ilə bağlı xəbər yayılsa da, 22 yaşlı hücumçunun "bordo-mavililər"də qalmaq şansı artıb.Məşqlərdə özünü yaxşı göstərməyə başlayan forvard ötən gün ikitərəfli oyunda 5 qol vurmaqla baş məşqçi Ünal Karamanın planlarına düşməyi bacarıb. 52 yaşlı mütəxissis Şeydayevin komandaya fayda verə biləcəyini düşünür.

 

Qeyd edək ki, Qara dəniz təmsilçisi ilə 2020-ci ilə qədər müqaviləsi olan Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.


Digər xəbərlər

Xəbər xətti