Yay fasiləsində “Barselona”dan Yaponiyanın “Vissel Kobe” klubuna keçən Andre İnyesta yeni komandasında debüt edib.
Sportarena.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Yaponiya liqasının 17-ci turunda “Şonan Bellmare” ilə keçirilən oyunun 59-cu dəqiqəsində meydana daxil olub. Komandası 0:3 hesabı ilə uduzan İnyesta heç nə ilə yadda qalmayıb.
Hazırda "Vissel Kobe" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.