"Parma" cəzalandırıldı - Danışılmış oyunlarda iştiraka görə

17:03 23 İyul 2018

İtaliya Futbol Federasiyası “Parma” klubunu cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, yeni mövsümdən A seriyasında mübarizə aparmaq hüququ qazanan klub mövsümə -5 xalla başlayacaq. Bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı xəbər verib. “Parma” İtaliyada danışılmış oyunlarda iştirak etməkdə ittiham olunur. Kluba cəza da bu üzdən verilib.

 

Bundan başqa, “Parma”nın futbolçusu Emanuel Kalayo da cəzadan yaxa qurtara bilməyib. 36 yaşlı hücumçu 20 min avro cərimələnib və futboldan 2 illik uzaqlaşdırılıb. O da danışılmış oyunlarda təqsirli bilinir.


Digər xəbərlər

Xəbər xətti