Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Trabzonspor” sonuncu yoxlama oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Türkiyə təmsilçisi Qətərin “Al Duail” klubu ilə görüşüb. Matç 1:1 hesabı ilə başa çatıb. Oyuna ehtiyat oyunçular skamyasında başlayan Şeydayev 61-ci dəqiqə “Trabzonspor”un yeganə qolunun müəllifi Hüqo Rodalleqanın əvəzinə meydana daxil olub.