İcraiyyə Komitəsinin iclasında hansı qərarlar qəbul edildi?

12:55 24 İyul 2018

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. 

 

Sportarena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

 

1. 2018/2019-cu il mövsümündə birinci divizionda oyunlar Topaz Premyer Liqası klublarının əvəzedici komandaları və ötən mövsüm birinci divizionda çıxış etmiş 6 və ya 4 klubun iştirakı ilə keçirilsin;


2. Turnirdə iştirak edən komandalar üçün yaş limiti aşağıdakı kimi tətbiq olunsun:
• 4 futbolçu - yaş limiti olmadan
• 6 futbolçu - 1998-ci il və daha gənc təvəllüdlü
• 1 futbolçu - 2001-ci il və daha gənc təvəllüdlü
• Yaş limiti tətbiq olunmayan 4 futbolçudan 2-si legioner ola bilər;

 

3. Adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
• Nüvər Xasıyev
• Səfər Rəhimov


Digər xəbərlər

Xəbər xətti