"Trabzonspor" millimizin futbolçusu Ramil Şeydayevi satmağa hazırlaşır.
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qaradəniz təmsilçisi ötən mövsümün sonu superliqanı tərk edən "Osmanlıspor"un hücumçusu Umar Aminunu almaq üçün qarşı tərəfə Şeydayevi və 350 min avro təklif edib.
"Trabzonspor"un Aminunu icarəyə götürməklə bağlı ilk təklifini rədd edən "Osmanlıspor"un ikinci təklifə hansı cavab verəcəyi məlum deyil.