"Zirə"nin yeni transferi: "Tam hazır deyiləm"

14:46 24 İyul 2018

"Zirə"nin yeni transferi Pərdis Fərcad-Azad keçidi ilə bağlı təəssüratlarını bölüşüb.

 

Sportarena.az klubun xəbər verir ki, dünən yeni komandasının heyətində “Girəsunspor"la yoxlama oyununda (0:0) meydana çıxan 30 yaşlı hücumçu hələ tam hazır olmadığını deyib:

 

"Zirə"yə gəldiyim üçün çox şadam. Baş məşqçi məni komandasında görmək istəyirdi. Sonda alındı. İnanıram ki, bu mövsüm yaxşı oynayıb, uğurlu nəticə qazanacağıq. Bu, "Zirə"də ilk oyunum idi. Tam hazır deyiləm. Ümid edirəm ki, toplanışdan sonra hər yaxşı olacaq və tam formaya düşəcəm. Hazırda komanda da yaxşı vəziyyətdədir. "Zirə"də olduğum üçün sevinirəm".


Qeyd edək ki, Pərdis "Zirə"dən əvvəl iki il "Keşlə"nin formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti