"Barselona"dan "Sivasspor"a

15:16 24 İyul 2018

Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 

Sportarena.az xəbər verir ki, Super Liqa klubu İspaniya nəhəngi “Barselona”nın müdafiəçisi Duqlası heyətinə qatıb. Braziliyalı futbolçu Türkiyə klubuna icarə əsasında keçib. O, yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
 
27 yaşlı futbolçu “Barselona”ya 2014-cü ilin yayında “San Paulo”dan transfer edilib. Kataloniya klubunda cəmi 8 qarşılaşmaya çıxan müdafiəçi 2016/17 mövsümündə “Sportinq”də (Xixon) (21 matç, 3 qol), ötən mövsüm isə “Benfika”daa (10 matç) icarədə oynayıb.

 


Digər xəbərlər

Xəbər xətti