“Milan” və “Yuventus”un əfsanəvi futboloçusu Andrea Pirlo bekarçılığın daşını atıb.
Sportarena.az xəbər verir ki, Pirlo bundan sonra ekspert kimi fəaliyyət göstərəcək. O, “Sky Sports” (İtaliya) telekanalı ilə anlaşıb. Pirlo İtaliya A seriyasının oyunlarını təhlil edəcək. Andreanın işləyəcəyi qrupda Canluko Vialli, Fabio Kapello, Alessandro del Pyero, Esteban Kambyasso da var.
Pirlo karyerasını 2017-ci ildə bitirib. Onun sonuncu klubu “Nyu-York Siti” olub. DÇ-2006-da çempion olan Andrea 6 dəfə skudettonu qazanıb, 2 dəfə də Çempionlar Liqasında qalib gəlib.