İngiltərənin “Çelsi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, London təmsilçisi “Yuventus”dan Daniele Ruqanini transfer edib. “Çelsi” 23 yaşlı müdafiəçi üçün Turin klubuna 44 milyon avro ödəyəcək. Bu barədə İngiltərənin “Daily Express” nəşri məlumat verib.
Ruqani son mövsümdə “Yuventus” forması ilə 26 qarşılaşmada iştirak edib.
“Çelsi” bir müddət əvvəl “Napoli”dən Jorjinyo ilə 5 illik müqavilə imzalamışdı.