Emeqara rəsmən "Qarabağ"da!

22:50 24 İyul 2018

"Qarabağ” hücum xəttinə Con Delarjdan sonra daha bir futbolçu transfer edib.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu sabiq futbolçusu İnnosent Emeqaranı heyətinə qatıb. Futbolçuyla 2 illik müqavilə imzalanıb.

 

29 yaşlı forvard karyerasına İsveçrənin “Vintertur” klubunda başlayıb, daha sonra Fransanın “Loryan”, İtaliyanın “Siena” və “Livorno” klublarında çıxış edib. 2014/15-ci illər mövsümündə “Qarabağ”da çıxış edən Emeqara qısa müddət ərzində 7 oyunda 4 qolla yadda qalmışdı. O, bu komandadan ayrıldıqdan sonra Amerikanın “Ertkveyks” klubunda çıxış edib. Son klubu isə Kipr təmsilçisi “Ermis” olub.

Emeqara İsveçrə millisində də 9 oyunda meydanda olub.


Digər xəbərlər

Xəbər xətti