Almeyda oynadı, "Astana" qələbə qazandı

23:35 24 İyul 2018

 

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Riçard Almeydanın formasını geyindiyi Qazaxıstanın “Astana” klubu da bu turnirdə növbəti oyununa çıxıb. “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukun baş məşqçisi olduğu bu klub doğma meydanda Danimarkanın “Midtyulland” komandası ilə qarşılaşıb. Oyun futbolçumuzun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Almeyda da bu görüşün iştirakçısı olub. Qriqorçuk millimizin üzvünü 76-cı dəqiqədə meydana buraxıb. Riçard 81-ci dəqiqədə sarı vərəqə də alıb.

 

Bu komandalar arasında cavab görüşü avqustun 1-də Danimarkada keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti