“Qarabağ” Albaniyadan heç-heçə ilə qayıdır - YENİLƏNİB

22:58 25 İyul 2018

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün Çempionlar Liqasında növbəti matçına çıxır.

 

Sportarena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı təmsilçimiz qitənin ən nüfuzlu klub turnirinin 2-ci təsnifat mərhələsində Albaniya çempionu “Kukesi” ilə mübarizə aparacaq. “Kukesi” ÇL-in ilk təsnifat mərhələsində Maltanın “Valletta” klubunu mübarizədən kənarlaşdırıb (evdə 0:0, səfərdə 1:1). Ağdam klubu isə startda Sloveniya “Olimpiya”sından (Lyublyana) güclü olub (evdə 0:0, səfərdə 1:0).

 

Avrokuboklardakı yeganə təmsilçimiz olan “Qarabağ” bu rəqibini də mübarizədən kənarlaşdırmaq üçün səfərdən sərfəli nəticə ilə dönməlidi.

 

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun

25 iyul

21:00 Kukesi - Qarabağ 0:0
Hakimlər: Ola Hobber Nilsen, Tom Harald Qronevik, Geir Oskar İsaksen, Kai Erik Steen (hamısı Norveç).
Şkoder. “Loro Boriçi” stadionu.


Digər xəbərlər

Xəbər xətti