"Qarabağ"ın yeni transferləri Albaniyada meydana çıxa biləcək?

10:31 25 İyul 2018

"Qarabağ"ın dünən heyətini 2 futbolçu ilə - Con Delarj və İnnsent Emeqara ilə gücləndirdiyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, hər iki forvard Ağdam klubunun Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsinində səfərdə "Kukesi"yə qarşı keçirəcəyi oyunda iştirak edə biləcək. Buna səbəb onların adlarının sözügedən matçın sifariş ərizəsinə salınmasıdı. Bu o deməkdi ki, baş məşqçi Qurban Qurbanovun onların xidmətindən yararlanmaq imkanı var.

 

Qeyd edək ki, bu gün keçirləcək "Kukesi" - "Qarabağ" oyunu 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti